Dünya
Çin Rusiyaya görə Qərblə döyüşəcək? - Moskva inanmır
Çin Ukrayna münaqişəsində Rusiyanı dəstəkləməklə Qərblə birbaşa qarşıdurmaya girməyəcək.
Publika.az xəbər verir ki, bu fikri Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (IMEMO) Asiya-Sakit Okean Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Lomanov “Lenta.ru”-ya verdiyi müsahibədə bildirib.
Ekspertin fikrincə, Pekin Ukrayna ətrafındakı münaqişənin həllində aparıcı deyil, dəstəkləyici rol oynayır. Lomanov qeyd edib ki, Çin hakimiyyəti NATO-nun genişlənməsinə qarşıdır, lakin Qərb ölkələri ilə münasibətləri gərginləşdirmək niyyətində deyil, ona görə də, Rusiya ilə bağlı kursunu dəyişdirməyuəcək.
Alim vurğulayıb ki, Çin artıq Qərb siyasətinə qarşı başqa yollarla - qlobal iqtisadi sabitliyi dəstəkləməklə və açıq bazarları qorumaqla çıxış edir. Ekspert həmçinin Moskva ilə Vaşinqton arasında mövcud razılaşmalara da diqqət çəkib. Onun sözlərinə görə, Rusiya və Amerika tərəfləri Ukrayna böhranının ilk növbədə Rusiya və ABŞ tərəfindən həll edilməli olduğu prinsipi ilə fəaliyyət göstərirlər.
Mayın 13-də ABŞ Prezidenti Donald Tramp dövlət səfəri üçün Pekinə gedib və mayın 14-də Çin Prezidenti Si Cinpin ilə danışıqlar aparıb. Müzakirə ticarət məsələləri, Tayvan ətrafındakı vəziyyət, Yaxın Şərq münaqişəsi və iki ölkə arasındakı münasibətlərə yönəlib.
Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin Çinə səfər edəcəyi barədə xəbərlər yayıldı. Putinin mətbuat katibi Dmitri Peskov səfərin Tramp və Si Cinpin arasındakı danışıqlarla əlaqədar olmadığını bildirib.
Müəllif: Tural
-
Dünya05:15Rusiyaya yeni zərbələr endiriləcək - Zelenski əmr verdi
-
ABŞ04:30Ərdoğanı xoşbəxt edəcək qərar verəcəyəm - Tramp
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!
-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Sosial24 İyun 22:04Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?
-
Magazin224 İyun 19:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə24 İyun 19:30İlkin İsmayılov vəzifəsindən azad edildi







.jpg)





















