Dünya
Türkiyədə bu şəxslər 20 il müddətinə gəlir vergisindən azad ediləcək
Türkiyədə vergi və aktivlərin leqallaşdırılması ilə bağlı yeni qanun layihəsinin ilk 5 maddəsi qəbul edilib.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, yeni dəyişikliklərə əsasən, xaricdə əldə etdiyi gəliri Türkiyəyə gətirən şəxslər 20 il müddətində gəlir vergisindən azad olunacaq.
Qayda 1 yanvar 2026-cı ildən etibarən Türkiyədə məskunlaşan əcnəbilər üçün keçərli olacaq.
Qanuna görə, dövlət borcunu ödəməkdə çətinlik çəkən şəxslərin borcları təminat qarşılığında 72 aya qədər faizlə təxirə salına biləcək. Borcun məbləği 1 milyon lirədən az olduqda isə təminat tələb olunmayacaq.
Dəyişikliklər çərçivəsində texnologiya startaplarında çalışanlara verilən güzəştli səhm payları ilə bağlı vergi qaydaları da yenilənib. Səhmlərin müəyyən müddətdən əvvəl satılması halında güzəşt olunan verginin bir hissəsi geri alınacaq.
Bundan başqa, xaricdə əldə olunan gəlir və qazanc üçün illik vergi bəyannaməsi təqdim edilməyəcək və bu gəlirlər digər gəlirlərlə birlikdə hesablanmayacaq.
Müəllif: Roza
-
Dünya02:08İran atəş altında - Tramp görüntüləri yaydı
-
Qoroskop01:40Günün ulduz falı: yeni tanışlıqlar üçün uyğun vaxtdır
-
ABŞ00:45ABŞ İrana zərbələr endirir
-
ABŞ8 İyul 22:46İran ona qarşı sui-qəsd planlayır? - Trampdan iddia
-
Hadisə8 İyul 22:32Bakının mərkəzində bina yanır - Foto
-
MDB8 İyul 20:36Rusiya diplomatı Litva XİN-ə çağırıldı
-
Elm və təhsil8 İyul 19:40Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!
-
Ekopublika.az8 İyul 19:10Bakıda daşınmaz əmlak qiymətləri ən çox hansı ərazidə artıb? - İyunun statistikası






.jpg)
























