Lavrov jurnalisti qorxutdu: Telefonunuzu verməsəniz, silah çıxaracaqlar
Bizi izləyin

Dünya

Lavrov jurnalisti qorxutdu: Telefonunuzu verməsəniz, silah çıxaracaqlar

Lavrov jurnalisti qorxutdu: Telefonunuzu verməsəniz, silah çıxaracaqlar

Rusiya xarici işlər naziri Sergey Lavrov 15 mayda Hindistanda keçirilən mətbuat konfransı zamanı çıxış edərkən bir jurnalist ona iki dəfə mane olub.

Publika.az xəbər verir ki, müxbir telefonla danışarkən nazir iki dəfə nitqini kəsməli olub.

Lavrov dərhal cavab verərək media işçisinin taktikasızlığını qeyd edib və ondan otağı tərk etməsini istəyib. Bu xahişlər istənilən nəticəni vermədikdə, Rusiya xarici işlər naziri diplomatik yumordan istifadə edib.

"Cənab, telefonunuzu verməsəniz, silah çıxaracaqlar!" deyə Lavrov ingilis dilində deyib və bu, salondakıların gülüşünə səbəb olub.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm