İsveçrə "Ölüm Mələyi" ilə bağlı gizli dosyeni açacaq
Bizi izləyin

Dünya

İsveçrə "Ölüm Mələyi" ilə bağlı gizli dosyeni açacaq

İsveçrə "Ölüm Mələyi" ilə bağlı gizli dosyeni açacaq

İsveçrənin Federal Kəşfiyyat Xidməti məşhur nasist müharibə cinayətkarı Yosef Menqele ilə bağlı uzun müddətdir bağlı olan faylları nəhayət açacağını bildirib, lakin nə vaxt açılacağını dəqiqləşdirməyib.

Publika.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Menqele İkinci Dünya Müharibəsindən sonra Avropadan qaçıb, lakin uzun illər onun həbsi üçün beynəlxalq order verilməsinə baxmayaraq, bir müddət İsveçrədə qaldığı barədə şayiələr gəzirdi.

Tarixçilər dəfələrlə arxivlərə giriş üçün müraciət etsələr də, İsveçrə hakimiyyəti bu günə qədər bundan imtina edib. Menqele Alman SS-də xidmət etmiş həkim idi.

O, nasistlər tərəfindən işğal edilmiş Polşadakı Auşvitz ölüm düşərgəsinə göndərilibi və orada təxminən bir milyon yəhudi də daxil olmaqla 1,1 milyon insanın öldüyü qaz kameralarına göndəriləcək şəxsləri seçib.

"Ölüm Mələyi" kimi tanınan həkim, həmçinin ölümə göndərməzdən əvvəl əsasən uşaqlar və əkizlərdən ibarət məhbusları sadist tibbi təcrübələr üçün seçirdi.

Müharibədən sonra Menqele, bir çox yüksək rütbəli nasistlər kimi, formasını və adını tez bir zamanda dəyişdirib. Saxta şəxsiyyət sənədindən istifadə edərək, İtaliyanın şimalındakı Genuya şəhərindəki İsveçrə konsulluğundan Qırmızı Xaç səyahət sənədlərini alıb və onlardan Cənubi Amerikaya qaçmaq üçün istifadə edib.

Qırmızı Xaç bu sənədləri Avropada müharibə nəticəsində didərgin düşmüş və ya vətəndaşlığı olmayan minlərlə insan üçün nəzərdə tutmuşdu, lakin təqiblərdən yayınmağa çalışan nasistlər də onları əldə edə biliblər. Qırmızı Xaç sonradan bunun üçün üzr istədi.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm