Qlobal tənəzzül qaçılmazdır: 80 ölkə hərəkətə keçdi
Bizi izləyin

Dünya

Qlobal tənəzzül qaçılmazdır: 80 ölkə hərəkətə keçdi

Qlobal tənəzzül qaçılmazdır: 80 ölkə hərəkətə keçdi

Yaxın Şərq münaqişəsinin yaratdığı qlobal enerji böhranı yay mövsümü yaxınlaşdıqca yeni bir mərhələyə qədəm qoyur.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, təxminən 80 ölkə artıq iqtisadiyyatlarını qorumaq üçün təcili tədbirlər görüb. “Aberdeen” şirkətinin aktivlər üzrə meneceri Pol Diql qəzetə bildirib ki, “Brent” markalı xam neftin qiyməti bir barel üçün 180 dollara çata bilər.

Neft, dizel və reaktiv yanacaq təchizatı ilə bağlı vəziyyət istehlakçı tələbatının artması ilə daha da pisləşə bilər, çünki insanlar daha çox kondisionerlərdən istifadə edir və xaricə səyahət edirlər ki, bu da enerji bazarına əlavə təzyiq göstərir. FT qeyd edir ki, iqtisadçılar qlobal ehtiyatların rekord həddə tükənməsi səbəbindən neft qiymətlərində yeni bir artım ehtimalı barədə xəbərdarlıq ediblər.

Avropa Nəqliyyat və Turizm Komissarı Apostolos Tzitzikostas bildirib ki, Yaxın Şərq münaqişəsi yaxın həftələrdə həll olunmazsa, "qlobal tənəzzül qaçılmaz ola bilər".

Təxminən 80 ölkə iqtisadiyyatlarını qorumaq üçün artıq bu cür tədbirlər tətbiq edib. Bunlara adətən yanacaq subsidiyaları, qiymətlərin dondurulması, enerji vergilərinin azaldılması və ya istehlakın məhdudlaşdırılması daxildir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm