Nida Təhlil
WUF13 Azərbaycanın beynəlxalq nüfuzuna mühüm dvidendlər qazandırır
BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycanda keçirilməsi ölkənin şəhərsalma və urbanizasiya sahəsində artan rolunun göstəricisi kimi qiymətləndirilir. Bu tədbir həm siyasi, həm də praktiki baxımdan Azərbaycana mühüm dividendlər qazandırır.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirdi.
Onun sözlərinə görə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “Ağıllı kənd” layihələri, yaşıl və bərpa olunan enerji istifadəsi, eləcə də planlı şəhərsalma prosesləri bu kimi beynəlxalq forumların gündəliyində yer alan əsas mövzulardandır:
“Birləşmiş Millətlər Təşkilatının 13-cü Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi olduqca əhəmiyyətlidir. Bu, ölkəmizdə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd” layihəsinin həyata keçirilməsi, yaşıl enerjidən və bərpa olunan enerjidən istifadə olunması, tikintinin planlı şəkildə aparılması və digər urbanizasiya məsələlərinin müzakirəsi baxımından vacibdir”.
WUF13 BMT-nin şəhər inkişafı üzrə ən böyük qlobal platformalarından biridir və forum çərçivəsində şəhərlərin planlaşdırılması, dayanıqlı inkişaf, ekoloji balans və urbanizasiya trendləri müzakirə edilir. Bakı bu il ilk dəfə Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda bu miqyaslı tədbirə ev sahibliyi edir.

Politoloq əlavə etdi ki, belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzuna birbaşa təsir göstərir: “Azərbaycanda belə bir mötəbər tədbirin keçirilməsi ölkəmizə siyasi dividendlər qazandırır. Ümumiyyətlə, şəhərsalma və urbanizasiya məsələləri dövrümüzün ən aktual problemlərindən biridir. Çünki son yüz ildə şəhərləşmə prosesi ciddi şəkildə artıb və dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayır. Bu baxımdan şəhərlərin qurulması, planlaşdırılması və ekoloji standartlara uyğunluğu çox vacibdir”.
Oqtay Qasımov vurğuladı ki, WUF13 yalnız müzakirə platforması deyil, həm də ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm imkan yaradır: “Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun və imicinin artmasına kömək edir, eyni zamanda Azərbaycanın təcrübə qazanması, təcrübə bölüşməsi və yeni biliklər əldə etməsi baxımından da vacib platformadır”.
Müəllif: Adəm Abbaslı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur















.jpg)




















