Cibimizdəki “təhlükə” - Doğum göstəriciləri niyə qlobal şəkildə azalır?
Bizi izləyin

Dünya

Cibimizdəki “təhlükə” - Doğum göstəriciləri niyə qlobal şəkildə azalır?

Cibimizdəki “təhlükə” - Doğum göstəriciləri niyə qlobal şəkildə azalır?

Son illərdə dünya üzrə doğum göstəricilərində sürətli eniş müşahidə olunur.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri araşdırma dərc edib.

Araşdırmaya əsasən, 195 ölkənin 65 faizindən çoxunda doğum səviyyəsi əhalinin sabit qalması üçün lazım olan 2,1 göstəricisinin altına düşüb. Hətta 66 ölkədə bu rəqəm 1-ə yaxınlaşıb.

Mütəxəssislər bildirirlər ki, aşağı doğum göstəriciləri artıq iqtisadi sistemləri də təzyiq altında saxlayır. İşçi qüvvəsinin azalması, pensiya xərclərinin artması və iqtisadi artımın zəifləməsi əsas risklər kimi göstərilir. Hətta Yaponiyanın uzunmüddətli iqtisadi durğunluğu da bu faktorla əlaqələndirilir.

Araşdırmalar göstərir ki, əsasən, Meksika, Braziliya, İran və digər ölkələrdə göstəricilər sürətlə aşağı düşür.

Ekspertlər doğumun azalmasında yalnız iqtisadi səbəblərin deyil, sosial faktorların da rol oynadığını bildirir. Xüsusilə mənzil qiymətlərinin artması gənclərin ailə qurma qərarlarını gecikdirir.

Araşdırmalarda diqqət çəkən ən mübahisəli məqamlardan biri isə smartfon və sosial media istifadəsidir. 4G şəbəkələrinin yayılması ilə doğum göstəricilərinin eyni dövrdə kəskin düşməsi arasında paralellik olduğu qeyd edilir.

Mütəxəssislərə görə, rəqəmsal mühit gənclərin üzbəüz ünsiyyətini azaldır, romantik münasibətlərin qurulmasını çətinləşdirir və dolayısı ilə ailə formalaşmasına təsir edir. Sosial medianın isə xüsusilə gənc qadınların münasibət gözləntilərini yüksəltdiyi bildirilir.

Araşdırma göstərir ki, doğum göstəricilərindəki azalma təkcə iqtisadi deyil, həm də texnoloji və sosial dəyişikliklərin birgə nəticəsidir. Mütəxəssislər isə bu trendin gələcəkdə qlobal demoqrafik və iqtisadi balansı ciddi şəkildə dəyişə biləcəyi barədə xəbərdarlıq edir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm