Dünya
Tramp-Netanyahu xəttində gərginlik - Gizli telefon danışığı sızdırıldı
ABŞ prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında İran məsələsinə görə ciddi fikir ayrılığı yaranıb.
Publika.az xəbər verir ki, ABŞ mediasına görə, tərəflər arasında keçirilən son telefon danışığı olduqca gərgin keçib.
Bildirilib ki, Netanyahu İran üzərində hərbi təzyiqin davam etdirilməsini tələb etsə də, Tramp diplomatik danışıqlara bir neçə gün daha şans verilməsinin tərəfdarı olub.
“Axios” nəşrinin yazdığına görə, danışıq zamanı Qətər və Pakistanın vasitəçiliyi ilə hazırlanan yeni sülh planı da müzakirə edilib. Mənbələr Netanyahunun telefon danışğından sonra çox əsəbi olduğunu bildiriblər. Hətta onun “qəzəbdən dəliyə dönmüş kimi” davrandığı ifadə edilib.
Mənbələrin bildirdiyinə görə, Qətər və Pakistanın vasitəçiliyi ilə hazırlanan yeni layihə çərçivəsində ABŞ və İranın rəsmi “niyyət məktubu” imzalaması planlaşdırılır. Layihə qəbul olunarsa, müharibənin rəsmi şəkildə dayandırılması və İranın nüvə proqramı ilə Hörmüz boğazının gələcəyi kimi kritik məsələlər üzrə 30 günlük yeni danışıqlar prosesinin başlanması nəzərdə tutulur.
Buna baxmayaraq, İsrail rəhbərliyi İranın danışıqlardan vaxt qazanmaq üçün istifadə etdiyini düşünür və Trampın diplomatik xəttindən narahatdır.
Bütün gərginliyə baxmayaraq, Tramp ictimaiyyət qarşısında Netanyahu ilə arasında problem olduğu iddialarını rədd edib. “O, mənim istədiyim şeyi edəcək”, - deyə Tramp iddia edib.
Müəllif: Roza
-
Sosial08:37Türkiyəyə də quru yolla gedə biləcəyik: ucuz qiymətə! - Açıqlama
-
Cənubi Qafqaz08:12"Kəndlər boşaldılır, 300 min azərbaycanlı gəlir..." - Karapetyandan sensasion açıqlama
-
Sosial06:46Gənclər buna görə evlənmək istəmir...
-
Magazin206:16Leonardo ofisiantı ağlatdı: 50 min avro ilə...
-
Cənubi Qafqaz05:45Ona qarşı cinayət işi açılacaq - Paşinyan elan etdi
-
ABŞ04:30ABŞ ordusu o əraziyə daxil oldu - İndi nə baş verəcək?
-
ABŞ02:43Düzgün cavabları almasaq... - Trampdan İrana sərt xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: böyük bir maddi yükdən azad olacaqsız














.jpg)






















