Sosial
Kirayə mənzil bazarında son durum: Qiymətlər necədir?
Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin birinci rübünün yekununda Azərbaycanda kirayə qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 7.3% artıb. Artım 2026-cı ilin birinci rübü üzrə 5.7% səviyyəsində olan inflyasiyanı üstələyib.
Bəs kirayə mənzil bazarında qiymətlərin yüksək templə artması nə ilə bağlıdır?
Publika.az xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Baku TV-yə bildirib ki, Azərbaycanın kirayə mənzil bazarında faktiki olaraq çox ciddi şəkildə təklif azalması müşahidə olunur:
"Xüsusilə ucuz mənzillərdə təklif kəskin azalır, amma tələb yüksək olaraq qalır. O cümlədən bazara yeni, daha bahalı mənzil kütləsi çıxır. Yəni köhnə binalar sökülür, yerində yeniləri tikilir və həmin binalarda qiymətlər daha baha olur. Təbii ki, bu tendensiyalar bütün hallarda kirayə mənzil qiymətlərinin artımına gətirib çıxarır. Hesab edirəm ki, mənzil bazarındakı bu qiymət artımları anlaşılandır".
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə deyir ki, qiymətin artması tələblə yanaşı, kirayə mənzil bazarının investisiya alətinə çevrilməsi ilə bağlıdır:
"Mənzil alan vətəndaş əgər onu kirayə vermək istəyirsə, kirayə qiymətlərini bazara daha yüksək təklif edir. Çünki mənzillərin qiymətləri artdığı üçün həmin ödədiyi məbləğin daha tez bir müddətdə geri qaytarılmasını təmin etmək məqsədilə kirayə qiymətlərinin artırılması baş verir".
-
Rəsmi xronika16:42Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika15:31İlham Əliyev sərəncam imzaladı
-
İdman14:18DÇ-2026-dakı qardaşlar: Düz yeddi cütdürlər - FOTOLAR
-
Yaxın Şərq11:57SEPAH İsraili hədələdi: 2000-ci ildəki kimi olacaq
-
MDB11:32Rusiya bazarını balıqla bu üç ölkə doldurur - Azərbaycan da var
-
Sosial11:12Virtual təhlükə: Kiberbulinq, asılılıq və diqqət problemi gələcəyimizi necə məhv edir?
-
Dünya11:00Rusiya rəsmən açıqladı: Bu tarixdə Avropa ilə müharibə başlayacaq
-
Sosial10:24Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar - FOTO





















.jpg)















