Diktatorun nəvəsi məşhur şounun qalibi oldu: 100 min avro qazandı
Bizi izləyin

Dünya

Diktatorun nəvəsi məşhur şounun qalibi oldu: 100 min avro qazandı

Diktatorun nəvəsi məşhur şounun qalibi oldu: 100 min avro qazandı

İtaliyalı diktator Benito Mussolininin nəvəsi Alessandra Mussolini məşhur “Grande Fratello VIP” televiziya şousunun qalibi olub.

Publika.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Bildirilir ki, Alessandra Mussolini şouda 15 rəqibini geridə qoyaraq birinci yeri tutub. O, qalibiyyətə görə 100 min avro mükafat qazanıb.

Finaldan sonra tamaşaçılara müraciət edən Mussolini yarışmadan böyük zövq aldığını bildirib.

İtaliya KİV-i onu “hakimiyyətsevər, ekssentrik, cazibədar və qətiyyətli” iştirakçı kimi xarakterizə edib.

Qeyd edək ki, “Grande Fratello VIP” məşhur Niderland layihəsi olan “Big Brother” (“Böyük qardaş”) şousunun İtaliya versiyasıdır. Proqramda şou-biznes nümayəndələri xarici dünya ilə əlaqəsi kəsilmiş evdə yaşayır və pul mükafatı uğrunda mübarizə aparırlar. İştirakçılar 24 saat kameraların nəzarəti altında olurlar.

1962-ci ildə anadan olan Alessandra Mussolini gənclik illərində fotomodel kimi fəaliyyət göstərib, “Playboy” jurnalının üz qabığında yer alıb. O, həmçinin pop musiqi albomu da buraxıb.

1990-cı illərdə siyasətə qoşulan Alessandra Mussolini neofaşizmə yaxınlığı ilə tanınan “Sosial Hərəkat” partiyasını yaradıb. 2014-2019-cu illərdə isə Avropa Parlamentinin deputatı olub.

O, qalmaqallı açıqlamaları və addımları ilə də tez-tez gündəmə gəlib. Belə ki, Alessandra Mussolini vaxtilə babasının fotolarına avtoqraf verib və mediadan ailəsinə hörmətlə yanaşmağı tələb edib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm