Konqoda Ebola qalmaqalı: Etirazçılar xəstəxananı yandırdı
Bizi izləyin

Dünya

Konqoda Ebola qalmaqalı: Etirazçılar xəstəxananı yandırdı

Konqoda Ebola qalmaqalı: Etirazçılar xəstəxananı yandırdı

Konqo Demokratik Respublikasında Ebola virusundan ölən gəncin meyitinin ailəsinə verilməməsi kütləvi iğtişaşlara səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, gəncin yaxınları onun cəsədini Rvampra xəstəxanasından zorla aparmağa cəhd ediblər. Konqonun A2RC siyasi partiyasının vitse-prezidenti Lyuk Mambele bildirib ki, səhiyyə əməkdaşları meyitin verilməsindən imtina etdikdən sonra vəziyyət daha da gərginləşib.

Bundan sonra ailə üzvləri və etirazçılar tibb müəssisəsinə müxtəlif əşyalar atmağa başlayıblar. Nəticədə xəstəxananın ərazisində yanğın baş verib və iki tibbi çadır tamamilə yanaraq yararsız hala düşüb.

Məlumata əsasən, hücum zamanı “Beynəlxalq Tibbi Yardım Alyansı”nın (ALIMA) çadırlarında Ebola diaqnozu ilə altı nəfər müalicə alırdı. Hazırda onların başqa xəstəxanaya köçürüldüyü bildirilir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm