Sosial
Azərbaycanda yeganə ferma: 1 litr əqrəb zəhəri 10 milyonadır? - VİDEO
Baku TV Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ölkədəki yeganə əqrəb ferması ilə bağlı reportaj hazırlayıb.
Publika.az xəbər verir ki, burada əqrəblər xüsusi üsullarla yetişdirilir, zəhərləri isə laboratoriya şəraitində toplanaraq satışa çıxarılır.
Fermanın işçilərindən Bayram Babayev bildirib ki, hər 15-17 gündən bir sağma aparılır və zəhər əldə edilir.
"Onların qidası un qurdudur, onu da biz özümüz yetişdiririk. Temperatur 26 dərəcə olmalıdır, yay-qış fərq etmir. Əqrəblər qaranlıqda qalmağı sevir və onlar Naxçıvan ərazisindən toplanıb", - deyə o bildirib.
Qeyd edək ki, əqrəblər əsasən zəhər məqsədilə yetişdirilir və bu maddə tibb və kosmetologiyada son dərəcə qiymətli xammal hesab olunur. Əqrəb zəhəri güclü ağrıkəsici, antibiotik və xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Məlumatlara görə, bir litr əqrəb zəhərinin bazar qiyməti təxminən 10 milyon dollardır.
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
























.jpg)















