Dünya
15 yaşdan aşağılar üçün sosial media qadağan edilə bilər - Finlandiyada
Finlandiyada 15 yaşdan aşağı şəxslər üçün sosial mediaya mümkün qadağa ilə bağlı təşəbbüs qarışıq reaksiya doğurub. Ölkədə 11-19 yaş aralığında təxminən 61 min uşaq və yeniyetmə arasında aparılan sorğu bunu göstərib. Baş nazir Petteri Orpo tərəfindən irəli sürülən təklif hazırda Sosial İşlər və Səhiyyə Nazirliyinin işçi qrupu tərəfindən nəzərdən keçirilir.
Publika.az xəbər verir ki, araşdırma sosial medianın gənclərin gündəlik həyatının vacib bir hissəsi olduğunu müəyyən edib. 13-19 yaş arası yeniyetmələr arasında 47 faizi gündə üç-beş saat, daha 17 faizi isə gündə beş saatdan çox vaxtını sosial mediada keçirir. 11-13 yaş arası uşaqların 29 faizi gündə üç-beş saat sosial mediadan istifadə edir, 7 faizi isə orada beş saatdan çox vaxt keçirir.
Eyni zamanda, bir çox sorğu iştirakçısı sosial medianın mənfi təsirini etiraf edir. Onların fikrincə, bu olmasaydı, onlar daha çox hərəkət edərdilər, daha yaxşı yatardılar və dostları ilə daha tez-tez görüşərdilər. Lakin 11-13 yaşlı uşaqların 33 faizi və 13-19 yaşlı yeniyetmələrin 50 faizindən çoxu hesab edir ki, sosial media olmasaydı, özlərini daha çox tənha hiss edərdilər. Bir çoxları, həmçinin ailə üzvləri ilə daha az ünsiyyət quracaqlarını qeyd ediblər.
Vahid yaş məhdudiyyətləri ideyasını 11-13 yaşlı uşaqların təxminən 25 faizi və 13-19 yaşlı yeniyetmələrin təxminən 33 faizi dəstəkləyib. Eyni zamanda, respondentlərin yarıdan çoxu yaş qrupları üçün qadağa qoyulsa belə, sosial mediadan istifadə yollarını tapmağa çalışacaqlarını bildiriblər.
Valideynlərin uşaqlarının sosial mediaya çıxışı ilə bağlı qərar verməsi modeli daha çox dəstək qazanıb. Tədqiqat iştirakçıları sosial media istifadəsi ilə bağlı bir sıra problemlərə diqqət çəkiblər. Bunlara kiberbullinq, təcavüz, cinsi zorakılıq riski, eləcə də narahatedici və zorakı məzmunun yayılması daxildir.
Bəzi gənclər isə hesab edirlər ki, məhdudiyyətlər platformaların özündən çox, “sonsuz skrollinq” və gündəlik istifadəni artıran digər alqoritmik funksiyalar kimi mexanizmlərə yönəldilməlidir.
İşçi qrupunun fəaliyyəti payızda davam etdiriləcək. Növbəti mərhələdə valideynlər arasında əlavə sorğuların keçirilməsi və sosial medianın tənzimlənməsi ilə bağlı yekun tövsiyələrin hazırlanması planlaşdırılır. Finlandiya hökuməti isə hazırkı parlament dövründə milli səviyyədə məhdudiyyətlərin tətbiqi ehtimalını istisna etmir. (Azərtac)
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?


































