Dünya
Avropa şirkətləri bu ölkədən maye qaz almaqda çətinlik çəkir
Avropa şirkətləri ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı uzunmüddətli müqavilələr bağlamaqda getdikcə daha çox çətinliklə üzləşirlər.
Publika.az xəbər verir ki, bunu Yunanıstanın "Atlantic SEE LNG Trade" şirkətinin rəhbəri Aleksandros Eksarxu "Bloomberg" agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu vəziyyət Asiya ölkələrinin LNG bazarında qiymət rəqabətini gücləndirməsi ilə əlaqədardır. Enerji resurslarına yüksək tələbat səbəbindən ABŞ ixracatçıları üçün maye qazı Avropadan daha çox Asiya bazarlarına satmaq sərfəli olub.
Eksarxu bildirib ki, qlobal qaz bazarında müşahidə olunan yüksək qiymət dəyişkənliyi də ABŞ tədarükçüləri ilə uzunmüddətli müqavilələrin bağlanmasını çətinləşdirir.
"İlin əvvəlində vəziyyət tam fərqli idi. Hazırda isə amerikalı tədarükçülər uzunmüddətli qiymət razılaşmalarına getməkdə daha az maraqlıdırlar", - deyə o vurğulayıb.
Şirkət rəhbərinin fikrincə, mövcud tendensiya Avropanın enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırır.
Adəm
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC































