Çindən dünyaya çağırış: Qaydalar yox olsa, "cəngəllik qanunları" başlayacaq
Bizi izləyin

Dünya

Çindən dünyaya çağırış: Qaydalar yox olsa, "cəngəllik qanunları" başlayacaq

Çindən dünyaya çağırış: Qaydalar yox olsa, "cəngəllik qanunları" başlayacaq

Çinin xarici işlər naziri Van İ BMT-nin beynəlxalq sistemdə əsas rolunu qoruduğunu, lakin hazırda təşkilatın nüfuzunun və funksiyalarının lazımi səviyyədə qiymətləndirilmədiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Mətbuat konfransında çıxış edən Van İ qeyd edib ki, çoxtərəfli yanaşma çətinliklərlə üzləşirsə, bunun səbəbi BMT-nin əhəmiyyətini itirməsi deyil, təşkilatın nüfuzuna kifayət qədər hörmət göstərilməməsi və onun potensialından tam istifadə olunmamasıdır.

Çinli diplomatın sözlərinə görə, dünyanın yenidən “cəngəllik qanunları”na qayıtması təhlükəsi BMT Nizamnaməsinin köhnəlməsi ilə bağlı deyil. O vurğulayıb ki, əsas problem bu sənədin yetərincə qorunmaması və bir sıra hallarda nəzərə alınmamasıdır.

Van İ beynəlxalq konsensusun formalaşdırılması, dövlətlərin fəaliyyətinin koordinasiyası və qlobal çağırışların birgə həlli üçün BMT-nin mərkəzi rolunun gücləndirilməsinə çağırıb.

Nazir həmçinin təşkilatda islahatların sürətləndirilməsinin vacibliyini vurğulayıb, Qlobal Cənub ölkələrinin səsinin və hüquqlarının genişləndirilməsinin, eləcə də BMT-nin daha çevik və effektiv fəaliyyət göstərməsinin zəruri olduğunu bildirib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm