Sosial
“Onunla son saatlarımı keçirirəm” - Qızının faciəvi ölümündən yazdı
Tanınmış vəkil Fərhad Mehdiyev qızının avtomobil qəzasında faciəvi şəkildə həlak olması ilə bağlı paylaşım edib.
Publika.az xəbər verir ki, o, paylaşımında övlad itkisinin gətirdiyi kədəri ifadə edib.
“Hər kəs uşağı ilə məzuniyyət şəkillərini paylaşır, mən isə deyə bilərəm ki qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur.
Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı - Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı.
Zəhramın faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil, minik avtomobili sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsa belə, hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn olaraq qəlbimə yazılacaq.
Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır.
Onunla son saatlarımı keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrılıqda keçiririk.
Bu yazının altında “Allah rəhmət eləsin” də yazmayın. O deyil.
Yaxınlarınıza qarşı göstərdiyimiz hər bir ehmalkarlığın bədəlini bir gün ağır ödəyirik.
Səni çox istəyirəm, Zəhra, gedişinin ağrısı uzun çəkəcək”, - F.Mehdiyev yazıb.
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman24 İyul 16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 24 İyul 14:38Baş nazir qərar imzaladı






.jpg)































