İdman
Rusların ən çox sevdiyi futbolçu bəlli oldu – Messi deyil
Dünya Kuboku ərəfəsində PARI rusiyalı azarkeşlər arasında sorğu keçirərək onlardan ən sevdikləri futbolçunun adını çəkmələrini istəyib.
Publika.az xəbər verir ki, sorğuya görə, respondentlərin təxminən üçdə biri portuqaliyalı Kriştiano Ronaldonun azarkeşidir (32%).
Rəyi soruşulanların 27%-i argentinalı Lionel Messini ən sevdikləri futbolçu adlandırıb.
Üçüncü yeri fransız Kilian Mbappe və braziliyalı Neymar (hər biri 7%) bölüşüblər.
Yeni nəslin ulduzları arasında azarkeşlər ispaniyalı Lamin Yamalı (6%) və norveçli Erlinq Haalandı (5%) seçiblər.
Azarkeşlər həmçinin Ronaldo – Messi cütlüyündə kimi daha çox bəyəndikləri sualına da cavab veriblər .
Burada da Ronaldo liderdir və respondentlərin 45%-i onu seçib.
Sorğuda iştirak edənlərin 40%-i Messinin adını çəkib , 15%-i isə seçim etməmək qərarına gəlib.
2026-cı il Dünya Kuboku bu gün, 11 iyun tarixində Meksika – Cənubi Afrika matçı ilə başlayır. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Müəllif: Tural
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur


















.jpg)


















