DÇ-2026: İran millisi Almaniyanın rekordunu qırdı
Bizi izləyin

İdman

DÇ-2026: İran millisi Almaniyanın rekordunu qırdı

DÇ-2026: İran millisi Almaniyanın rekordunu qırdı

İran millisi 2026-cı il dünya çempionatında Belçikaya qarşı keçirdiyi qrup mərhələsinin 2-ci tur oyununda turnirin tarixində ən yaşlı start heyətlərindən birini meydana buraxıb.

Publika.az xəbər verir ki, “Opta”nın məlumatına görə, Asiya təmsilçisinin start heyətində yer alan futbolçuların orta yaşı 32 il 181 gün olub. Bu göstərici 1966-cı ildən bəri dünya çempionatlarında qeydə alınan ən yüksək orta yaş rekordudur.

Əvvəlki rekord 1998-ci il dünya çempionatında İrana qarşı oynayan Almaniyaya məxsus idi. Həmin görüşdə alman futbolçuların orta yaşı 31 il 334 gün olmuşdu.

Bu reytinqdə üçüncü pillədə isə yenə 1998-ci il mundialında Meksikaya qarşı meydana çıxan Belçika millisi qərarlaşıb. Həmin oyunda belçikalı futbolçuların orta yaşı 31 il 301 gün olub.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm