Latın Amerikasında sağ dalğa güclənir - Kolumbiya və Peruda siyasi dönüş
Bizi izləyin

Dünya

Latın Amerikasında sağ dalğa güclənir - Kolumbiya və Peruda siyasi dönüş

Latın Amerikasında sağ dalğa güclənir - Kolumbiya və Peruda siyasi dönüş

Latın Amerikasında son illərdə müşahidə edilən sağa meyl Kolumbiya və Peruda keçirilən seçkilərlə yeni mərhələyə keçib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Kolumbiyada milliyyətçi xəttə yaxınlığı ilə tanınan Abelardo De La Espriella prezident seçilib. Onun qələbəsi ölkənin siyasi kursunun sağa doğru dəyişməsi kimi qiymətləndirilir. Yeni prezidentin təhlükəsizlik siyasətini sərtləşdirmə, vergi yükünü azaltma və neft-qaz sektorunu yenidən aktivləşdirmə planları diqqət çəkir.

Peruda keçirilən prezident seçkilərinin ikinci turu isə gərginliklə müşayiət olunur. Mühafizəkar namizəd Keiko Fujimorinin çox cüzi səs fərqi ilə qalib gələcəyi gözlənilir, lakin səslərin sayımı və nəticələr hələ də mübahisəlidir.

Ekspertlər sağ partiyaların yüksəlişini iqtisadi durğunluq, artan cinayət halları və təhlükəsizlik narahatlıqları ilə izah edirlər. Bir çox ölkədə seçicilər daha sərt təhlükəsizlik və iqtisadi islahat vədlərinə üstünlük verir.

ABŞ-da Donald Tramp administrasiyasının Latın Amerikasına yönəlik siyasəti də regiondakı sağ dalğaya təsir edən amillərdən biri kimi göstərilir. Trampın Çin təsirini məhdudlaşdırma və regional ittifaqlar yaratma siyasəti diqqət mərkəzindədir.

Bununla belə, region ölkələri ciddi problemlərlə üz-üzədir. Borc yükü, büdcə kəsirləri və artan cinayət göstəriciləri yeni hökumətlər üçün əsas sınaq sayılır. Ekvador və Kosta Rikada cinayətlərin artması, Boliviyada isə etirazlar fonunda fövqəladə vəziyyət elan olunması vəziyyətin gərginliyini göstərir.

Ekspertlər hesab edirlər ki, Latın Amerikasında sağ hökumətlərin yüksəlişi davam etsə də, iqtisadi problemlər və təhlükəsizlik böhranı bu idarəçilər üçün ciddi sınaq olacaq.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm