Sosial
Şəhid ailəsinə yararsız ət göndərən vəzifəliyə töhmət verildi
Cəlilabad rayonunda Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə istehlaka yararsız qurban ətinin göndərilməsi faktı ilə bağlı rayon icra hakimiyyətinin vəzifəli şəxsi cəzalandırılıb.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fizuli Cəfərova töhmət verilib.
Xatırladaq ki, hadisə Qurban bayramı günlərində qeydə alınmışdı. Cəlilabad Rayon İcra Hakimiyyəti şəhid ailələrindən birinə çatdırılan qurban payındakı ətin istehlaka yararsız vəziyyətdə olduğunu təsdiqləmişdi.
Faktı Fizuli Cəfərov təsdiqləyib. O bildirib ki, məsələ ilə bağlı icra başçısı ona töhmət elan edib:
"Belə bir hadisə olub. Cəlilabad rayonunda 267 şəhid ailəsi var. Onların hər birinə qurban əti göndərmişəm. Ucqar kənddə yaşayan 2-3 şəhid ailəsinə ağırlaşmış ət verilmişdi. O isə qəssabın səhvindən olmuşdu. İsti havada qəssab ətləri sellofan torbalara yığıb, ağzını bağlayıb. Ətlər ucqar kəndə gedib çıxana qədər ağırlaşmışdı. Ətin qurdlaması məsələsi yalandı, amma ət ağırlaşmışdı. Şəhid ailələri şikayət ediblər, icra nümayəndəsi mənə məlumat verdi, dərhal ətləri dəyişdim. Dana ətini qaytarıb, təzə qoç əti göndərdim. Buna görə də icra başçısı tərəfindən töhmət almışam".
-
Nida Xəbər 09:44Bu Zəfər milli iradənin təntənəsi idi - Kamaləddin Qafarov
-
İqtisadi gündəm09:18Azərbaycanda pul kütləsi sürətlə artır: Xoş xəbərdir, yoxsa bəd?
-
Magazin208:4826 yaşlı gözəllik kraliçası ölümcül qəzaya düşdü - İki yaşlı qızı... / FOTO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı


















.jpg)

















.jpg)
