Dünya
Kim Çen In dünyaya mesaj verdi: Nüvə gücünü sürətlə artırırıq
Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüvə potensialını sürətlə artıracağını bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Kim Çen In bildirib ki, ABŞ-ın fəaliyyəti və Yaxın Şərqdə yaranmış “qanlı vəziyyət” fonunda Pxenyan daha güclü nüvə çəkindirmə mexanizmi qurmağa çalışır.
Şimali Koreya lideri həmçinin ABŞ və Cənubi Koreyanı Koreya yarımadasında gərginliyi artırmaqda ittiham edib. Onun sözlərinə görə, buna səbəb birgə hərbi təlimlər, kəşfiyyat fəaliyyəti və nüvə məsələləri üzrə məsləhətçi qrup çərçivəsində KXDR-ə qarşı detallı nüvə müharibəsi planlarının hazırlanmasıdır.
Agentliyin məlumatına görə, Kim Çen In əlavə edib ki, Vaşinqtonun siyasəti nəticəsində ABŞ-ın müttəfiqləri, o cümlədən Yaponiya mövcud vəziyyəti hərbi gücə çevrilmək yolunda maneələrin aradan qaldırılması üçün əlverişli imkan kimi qiymətləndirirlər.
Adəm
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
-
Rəsmi xronika12:42Prezident ona yüksək vəzifə verdi - FOTO
-
Rəsmi xronika11:44Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxıblar
-
İdman11:00Bir qadın və 47 kişi: Kurasao millisindəki bu gözəl kimdir? - FOTOLAR
-
Nida Xəbər 10:24Əli Əsədov sərəncam imzaladı
-
MDB09:30Rusiyanın bu vilayəti yanır: 50 desant qrupu köməyə göndərildi
-
Dünya09:00Hörmüz boğazını İran idarə edəcək - Qalibaf
-
Ekopublika.az08:49Paytaxtda ev almaq istəyənlərin diqqətinə: qiymətlər kəskin dəyişəcək



































