Litva hökuməti istefaya getdi
Bizi izləyin

Dünya

Litva hökuməti istefaya getdi

Litva hökuməti istefaya getdi

Baş nazir İnqa Ruqinenenin rəhbərlik etdiyi Litva hökuməti istefa verdiyini açıqlayıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, qərar hökumətin iclasında konsensusla qəbul edilib.

“Bütün çətinliklərə baxmayaraq, qürur duyacağımız bir şey var - dövlətin və xalqının rifahı üçün etdiklərimiz. Bu gün istefa vermək qərarına gəldik”, - Ruqinene bildirib.

Hakim koalisiyadakı dəyişikliklər səbəbindən Baş nazir və bütün hökumət istefa verməyə məcbur olub. Koalisiyanı yenidən təşkil etmək məsələsi Litva Sosial-Demokrat Partiyasının iyunun əvvəlində Nemunas Partiyasını populist siyasətdə ittiham edərək onunla əməkdaşlığı dayandırmaq qərarından sonra gündəmə gəlib. Yeni koalisiya tərəfdaşı “Litva üçün Demokratlar” Partiyası olub. Bu dəyişikliklər çərçivəsində hökuməti yenidən qurmaq qərarı verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm