NATO-nun baş katibinin 3 ƏSAS HƏDƏFİ - Onu buna görə vəzifəyə gətiriblər
Bizi izləyin

Dünya

NATO-nun baş katibinin 3 ƏSAS HƏDƏFİ - Onu buna görə vəzifəyə gətiriblər

NATO-nun baş katibinin 3 ƏSAS HƏDƏFİ - Onu buna görə vəzifəyə gətiriblər

Mark Rutte ABŞ Prezidenti Donald Trampla qismən dialoq qurmaq və alyans ətrafındakı gərginliyi azaltmaq bacarığına görə NATO-nun baş katibi seçilib.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrdə qeyd olunub ki, Ruttenin keyfiyyətləri yanvar ayında, Tramp Qrenlandiyaya nəzarəti ələ keçirmək niyyətindən danışarkən və NATO-nun müttəfiqi olan Danimarkaya qarşı güc tətbiq etməyi istisna etməyərkən özünü büruzə verib. Bundan sonra Rutte NATO-nun Qrenlandiyadakı təlim planlarını alyansın Arktikadakı yeni missiyası kimi təqdim edib. Nəşrin məlumatına görə, Tramp hədələrdən müvəqqəti olaraq imtina edib, lakin pərdəarxası danışıqlar danimarkalıların narazılığına və inamsızlığına səbəb olub.

Qrenlandiya Danimarka Krallığının bir hissəsidir, lakin 2009-cu ildə özünüidarəetmə imkanı ilə muxtariyyət əldə edib. Bununla belə, ABŞ Prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, ada onun ölkəsinin bir hissəsi olmalıdır. Onun sözlərinə görə, bu, Birləşmiş Ştatların milli təhlükəsizliyini təmin etmək üçün lazımdır.

Bundan əlavə, Rutte öz işində üç əsas hədəfi qarşısına qoyub. Belə ki, o, BŞ Prezidenti Donald Tramp və Birləşmiş Ştatların NATO-nun fəaliyyətində tam iştirakını təmin etməyə, Avropa və Kanadanı hərbi xərcləri artırmağa sövq etməyə, eləcə də ABŞ və müttəfiqləri tərəfindən Ukraynaya dəstəyin davamlılığını təmin etməyə çalışır.

Qeyd edilib ki, alyansın baş katibi Vaşinqtonun operativ kəşfiyyat məlumatları ilə Ukraynaya fasiləsiz dəstək verməsini və PURL mexanizmi vasitəsilə Kiyevə hərbi təchizatın davam etdirilməsini təmin etməyə səy göstərir.

Daha əvvəl məlum olub ki, Donald Trampın "Böyük yeddilik" (G7) sammitində Avropa liderləri ilə Ukraynaya dəstək barədə razılığa gəldiyi iddia edilir. Mənbələrin bildirdiyinə görə, Tramp G7 ölkələrindən olan həmkarlarını İranla bağladığı sazişi dəstəkləməyə çağırıb, əvəzində isə ABŞ Ukraynaya dəstəyini davam etdirəcək.

Xatırladaq ki, Rutte iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti ərəfəsində Vaşinqtonla münasibətlərdəki gərginliyi yumşaltmaq üçün iyunun 23-də ABŞ-a səfər edəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm