Litvada hökumət istefa verdi: Prezident yeni baş nazir seçəcək
Bizi izləyin

Dünya

Litvada hökumət istefa verdi: Prezident yeni baş nazir seçəcək

Litvada hökumət istefa verdi: Prezident yeni baş nazir seçəcək

Litva prezidenti Qitanas Nauseda hökumətin istefasını qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, dövlət başçısı Konstitusiyaya uyğun olaraq Litva hökumətinin səlahiyyətlərinin qəbul edilməsi barədə qərar verib.

Nazirlər Kabineti yeni hökumət formalaşdırılana qədər vəzifələrini icra etməyə davam edəcək. Prezidentin 15 gün ərzində yeni baş nazir namizədini irəli sürməsi gözlənilir. Daha sonra həmin namizəd Seym tərəfindən təsdiqlənməlidir.

Xatırladaq ki, Litvanın baş naziri İnqa Ruginene və hökuməti iyunun 23-də istefa verib. İstefanın səbəbi kimi hakim koalisiyada baş verən dəyişikliklər göstərilir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm