Dünya
Pakistan Əfqanıstanla sərhəddə 29 yaraqlını MƏHV ETDİ
Pakistan təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəd bölgəsində keçirdiyi əməliyyat nəticəsində 29 yaraqlını məhv edib.
Publika.az xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar “X” sosial şəbəkəsində məlumat yayıb.
Nazirin sözlərinə görə, iyunun 28-də ölkənin şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində kəşfiyyata əsaslanan quru əməliyyatı keçirilib, ardınca isə sərhəd bölgəsində yerləşən silahlı qruplaşmaların sığınacaqları və düşərgələrinə dəqiq zərbələr endirilib.
Məlumatda qeyd olunub ki, əməliyyat nəticəsində “Camaat-ül-Əhrar” və “Fitna əl-Xəvaric” qruplaşmalarına məxsus hədəflər məhv edilib.
Nazir bildirib ki, əməliyyat zamanı silah və sursat anbarları da daxil olmaqla üç hədəf qrupuna zərbələr endirilib.
O vurğulayıb ki, Pakistan terrorizmə qarşı əməliyyatlarını “ölkənin təhlükəsizliyinə qarşı xaricdən dəstəklənən təhdidləri tamamilə aradan qaldırmaq məqsədilə” davam etdirəcək.
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman26 İyul 19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya26 İyul 19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək


































