Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
Bizi izləyin

Dünya

Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi

Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi

Monakoda baş vermiş partlayış zamanı xəsarət alanlar ukraynalı oliqarx Vadim Yermolayev və ailə üzvləridir.

Publika.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti istintaqın gedişi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, naməlum şəxs Yermolayevin yaşadığı yaşayış binasının girişinə əldəqayırma partlayıcı qurğu yerləşdirib. Partlayış zamanı iş adamı və onun həyat yoldaşı ağır, 13 yaşlı oğlu isə yüngül xəsarətlər alıb.

Qeyd edək ki, oliqarx Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Ukraynanı tərk edib və o vaxtdan Monakoda "VIP qaçqın statusunda" yaşayıb.

***

Monakoda yerli vaxtla saat 21:00 radələrində yaşayış binasının girişində partlayış baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Yaralılardan biri yeniyetmədir. Onların hamısı Ukrayna vətəndaşıdır. Yaralananlar eyni ailənin üzvləridir. Onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, baş verən partlayış terror aktı kimi qiymətləndirilib. Fransanın Nitsa şəhərinin meri Erik Siotti "X"də partlayışı terror aktı adlandırıb: "Bu axşam törədilən terror aktı Monakonu sarsıdan faciədir".

Hadisədən az əvvəl naməlum bir şəxsin küçədə bel çantasını qoyaraq ərazidən uzaqlaşdığı bildirilir. Hazırda hüquq-mühafizə orqanları hadisədə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində axtarış tədbirlərini davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm