Dünya
Yunanıstanı qorxudan "xəyanət" iddiası: Türkiyə Fransa ilə anlaşır?
Yunanıstanın “Pentapostagma” nəşri Türkiyə ilə Fransa arasında “SAMP/T” hava və raketdən müdafiə sistemi ilə bağlı mümkün razılaşmanın Afinada narahatlıq doğurduğunu yazıb.
Publika.az xəbər verir ki, nəşrin iddiasına görə, Ankara “ASELSAN” koordinasiyasında hazırlanan "Polad qübbə" hava hücumundan müdafiə sisteminin uzunmənzilli qatına SAMP/T kompleksini inteqrasiya etməyi planlaşdırır.
Bildirilib ki, Türkiyə yalnız sistemin alınmasını deyil, həm də birgə istehsal, texnologiya transferi və proqram təminatına çıxış əldə etməyi hədəfləyir.
Nəşrə görə, “SAMP/T sistemi "Polad Qübbə"nin uzunmənzilli müdafiə qatını formalaşdıraraq "Hisar" və "Siper" sistemlərini tamamlayacaq.
İddia olunub ki, bu addım Türkiyənin hərbi imkanlarını gücləndirəcək və Yunanıstan üçün təhlükəni artıracaq. Nəşr həmçinin Fransa ilə Türkiyə arasında mümkün razılaşmanın Yunanıstan-Fransa müdafiə əməkdaşlığına xəyanət olduğunu bildirib.
Məlumata görə, məsələ ilə bağlı danışıqlar 7-8 iyulda Ankarada keçiriləcək NATO Zirvəsi öncəsində intensivləşib və zirvə zamanı “SAMP/T” üzrə çərçivə sazişinin elan olunması ehtimalı var.
Müəllif: Roza
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
































