Dünya
Avropa təşvişdə: Bu ölkə Rusiyanın hücumuna hazırlaşır
Rusiyadan qaynaqlanan təhdidlərin artması ilə Polşa mümkün silahlı qarşıdurmanı yaxın perspektivin real ehtimalı kimi qiymətləndirməlidir.
Publika.az xəbər verir ki, bunu Polşanın Xarici Kəşfiyyat Təşkilatının rəhbəri Pavel Şota “Rzeczpospolita” qəzetinə müsahibəsində bildirib.
O, Rusiyanın Polşa və NATO-nun şərq cinahındakı ölkələri öz imperiya məqsədləri qarşısında maneə hesab etdiyini bildirib.
Şotanın sözlərinə görə, Moskva Ukraynadakı müharibədə gözlədiyi nəticəni əldə edə bilmədiyi üçün münaqişəni daha da genişləndirə bilər. O, dron və kiberhücumlarla yanaşı, birbaşa hərbi hücum riskinin də real olduğunu vurğulayıb.
Polşa kəşfiyyatının qiymətləndirməsinə əsasən, Rusiya Ukraynadakı müharibəni bir neçə il davam etdirmək imkanına malikdir və Kreml bu məqsədlə iqtisadi itkilərə baxmayaraq geri çəkilmək niyyətində deyil.
Şota həmçinin bildirib ki, Rusiya NATO-nun reaksiyasını yoxlamaq üçün təxribatlarını davam etdirəcək. Onun sözlərinə görə, Baltikyanı ölkələrə qarşı mümkün təxribat ssenarisi də real hesab olunur.
Belarusla bağlı vəziyyətə də toxunan kəşfiyyat rəhbəri Rusiyanın bu ölkənin ordusu üzərində təsirinin artdığını, nüvə silahı daşıya bilən sistemlərlə bağlı hazırlıqların diqqətlə izlənildiyini qeyd edib.
Müəllif: Roza
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
































