İrandan bu ölkələrə xəbərdarlıq: Hədəf olacaqsınız
Bizi izləyin

Dünya

İrandan bu ölkələrə xəbərdarlıq: Hədəf olacaqsınız

İrandan bu ölkələrə xəbərdarlıq: Hədəf olacaqsınız

İran Xarici İşlər Nazirliyi ABŞ-ın son hücumlarından sonra yaydığı bəyanatda Körfəz ölkələrinə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bəyanata əsasən, ABŞ müharibənin dayandırılması ilə bağlı imzalanmış anlaşmanın müddəalarını pozaraq İranın nəqliyyat infrastrukturu, yük gəmiləri, meteoroloji obyektləri və digər mülki infrastruktura zərbələr endirib.

İran XİN vurğulayıb ki, beynəlxalq hüquqa əsasən qonşu dövlətlər öz ərazilərinin və hərbi obyektlərinin İrana qarşı hücumlar üçün istifadə edilməsinin qarşısını almalıdır:

“Əgər hər hansı Körfəz ölkəsinin ərazisi və ya infrastrukturu İrana qarşı hərbi əməliyyatlarda istifadə olunarsa, həmin məntəqələr İran Silahlı Qüvvələrinin cavab zərbələri üçün qanuni hədəf hesab ediləcək”.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm