Nida Xəbər
Hikmət Hacıyev Şuşa Qlobal Media Forumunda beynəlxalq ekspertlərlə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində bir sıra beynəlxalq mütəxəssislərlə görüşlər keçirib.
Publika.az xəbər verir ki, sosial media hesabında paylaşım edən H.Hacıyev forum zamanı TikTok-un Şərqi Avropa üzrə Hökumətlə əlaqələr və dövlət siyasəti rəhbəri Diana Rayan, LinkedIn-in İctimai sektor və qeyri-kommersiya təşkilatları üzrə satış rəhbəri Şeymus Klansi, eləcə də "Dharana Digital"ın direktoru, süni intellekt və sosial media üzrə tədqiqatçı Dr. Karen Sazerlend ilə bir araya gəldiyini bildirib.
Görüşlər zamanı Azərbaycanla əməkdaşlığın genişləndirilməsi perspektivləri, rəqəmsal idarəetmə məsələləri və uşaqların onlayn mühafizəsinin gücləndirilməsinə dair Azərbaycanın yeni qanunvericiliyinin tətbiqi müzakirə olunub. Tərəflər, həmçinin bu sahədə mövcud olan ən yaxşı beynəlxalq təcrübələr barədə ətraflı fikir mübadiləsi aparıblar.
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi

































.jpg)
.jpg)

