Dünya
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
Türkiyə ilə Misir arasında son dövrlərdə intensivləşən hərbi əməkdaşlıq İsrail mediasında narahatlıqla qarşılanıb.
Publika.az xəbər verir ki, “Ynet” nəşrinin dərc etdiyi təhlildə Ankara ilə Qahirə arasında inkişaf edən münasibətlərin Təl-Əviv üçün "strateji kabus"a çevrilə biləcəyi iddia olunub.
Təhlildə bildirilib ki, iki ölkə son aylarda birgə hərbi təlimləri artırıb. Misirdə keçirilən "Golden Eagle" təlimində xüsusi təyinatlı qüvvələr birgə iştirak edib, daha sonra isə F-16 qırıcılarının cəlb olunduğu ortaq hava təlimi keçirilib. Misir həmçinin Türkiyənin ev sahibliyi etdiyi "Anadolu Kartalı 2026" təliminə qatılıb.
Nəşr yazıb ki, hərbi əməkdaşlıq təkcə təlimlərlə məhdudlaşmır. İddiaya görə, Misir Türkiyənin KAAN milli döyüş təyyarəsi proqramı ilə maraqlanır və pilotsuz uçuş aparatları sahəsində türk müdafiə şirkətləri ilə danışıqlar aparır.
Təhlildə qeyd olunub ki, Türkiyə-Misir yaxınlaşması Şərqi Aralıq dənizi və Yaxın Şərqdə qüvvələr balansına təsir göstərə, İsrail üçün isə yeni təhlükəsizlik çağırışları yarada bilər. İsrail kəşfiyyatının Türkiyə ilə Misir arasında inkişaf etdirilən birgə əməliyyat qabiliyyətini və müdafiə sahəsində əməkdaşlığı yaxından izləməsinin vacibliyi vurğulanıb.
Müəllif: Roza
-
İdman14:42Yaxın Şərqdəki vəziyyət Formula 1-in planını dəyişir: Bakıda iki mərhələ olacaq?
-
Nida Xəbər 14:24Peter Pelleqrinidən Azərbaycana səfəri ilə bağlı maraqlı - PAYLAŞIM
-
Magazin114:00Zaur Nəbioğluya vəzifə verildi
-
ABŞ13:04Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
-
Rəsmi xronika12:32Prezidentlər Şuşada güllələnmiş büstlərə baxdılar - FOTO
-
Dünya12:02Əliyevin Şuşada AŞPA bəyanatı: Azərbaycanın növbəti addımı nə olacaq?
-
Sosial11:47Milli Məclisdən tarixi qərar: Bu şəxslərə 20 illik güzəşt olunacaq
-
Rəsmi xronika10:12Şuşada Slovakiya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO


































