Hadisə
Qızını boşatdırmaq istədi, kürəkəni tərəfindən öldürüldü - Şamaxıdakı qətlin TƏFƏRRÜATI
Şamaxı şəhərində qayınatasını öldürməkdə təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Publika.az Oxu.Az-a istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Teymur Əliyevə hökm oxunub, o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il Şamaxı şəhəri, Şah İsmayıl Xətai küçəsi ev 53 ünvanında baş verib. T.Əliyev 2019-cu ildə ailə həyatı qurub və birgə nikahdan üç övladı dünyaya gəlib. Bir müddət Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Şamaxı Regional Şöbəsində polis nəfəri işləyən T.Əliyev 2024-cü ildə fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən azad edilib. Bundan sonra özünə iş tapa bilmədiyi üçün onun ailəsində narazılıqlar yaranıb. 2025-ci ildə Teymurun həyat yoldaşı küsərək uşaqlarını da götürüb atasının evinə gedib. T.Əliyev dəfələrlə barışmağa cəhd etsə də qayınatası Elşən Quliyev buna etirazını bildirib və ondan qızından boşanmasını istəyib.
Hadisə günü isə Teymur Əliyev küçədə hərəkət edərkən azyaşlı uşağı onu görüb və qucağına gəlib. Həmin vaxt küçədə sərxoş vəziyyətdə olan Elşən Əliyev Teymuru söyərək ondan uşağı buraxmasını istəyib. T.Əliyev isə uşağı götürərək öz evinə gəlib. Bir müddətdən sonra Elşən Quliyev onun yaşadığı küçəyə gələrək yenidən Teymuru söyməyə başlayıb. Teymur bu zaman evdən götürdüyü bıçaqla ona iki zərbə endirərək qətlə yetirib.
T.Əliyev könüllü şəkildə polisə təslim olub.
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib






.jpg)











.png)


















