Sosial
ƏƏSMN BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının müsabiqəsində qalib oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının “WSIS Prizes 2026” beynəlxalq müsabiqəsində növbəti dəfə qaliblər sırasında olaraq mükafata layiq görülüb.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Nazirliyin “Himayədar ailə” qayğı modeli ilə bağlı elektron sistemi 1500-dən çox layihənin iştirak etdiyi müsabiqənin "İnformasiya cəmiyyətinin etik aspektləri" kateqoriyası üzrə qalibi seçilib.
https://www.itu.int/net4/wsis/stocktaking/Prizes/2026/Winners
Qeyd edilən elektron sistem valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsi və inkişafı məqsədi daşıyan “Himayədar ailə” qayğı modeli üzrə xidmətlərin rəqəmsal platforma üzərində göstərilməsinə imkan verir.
Himayədar ailələrin qeydiyyatı, qiymətləndirilməsi, uyğunlaşdırılması, monitorinqi və s. proseslər vahid rəqəmsal mühitdə həyata keçirilir və idarə edilir.
Müsabiqədə Nazirliyin iki rəqəmsal layihəsi - “Rəqəmsal əmək müqavilələri” layihəsi “Elektron məşğulluq” kateqoriyası və “Əlillik” altsistemi “İnformasiya cəmiyyətinin etik aspektləri” kateqoriyası üzrə Namizədlik Sertifikatı ilə təltif olunub.
Qeyd edək ki, İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti (WSIS) BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini dəstəkləyən ən nüfuzlu qlobal platformalardan biridir. Hər il keçirilən “WSIS Prizes” beynəlxalq müsabiqəsi informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə dayanıqlı inkişafın təşviqinə töhfə verən innovativ layihələri müəyyənləşdirərək mükafatlandırır.
Nazirliyin əldə etdiyi bu növbəti uğur ölkəmizdə son illər sosial xidmətlər sahəsində həyata keçirilən innovativ islahatların beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinin daha bir göstəricisidir.
-
Maraq dünyası13:55Kaşpirovski "meyitimi yandırın!" deyibmiş - Arzu reallaşacaq?
-
MDB13:27Xalq rəssamı emalatxanada vəfat etdi, meyiti 1 ay sonra tapıldı - Foto
-
Magazin213:00Sinəsinə lağ edənlərə cavab verdi: Güzgüdə özünüzə baxın! - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU


































.jpg)
