Dünya
Əliyevin Şuşada AŞPA bəyanatı: Azərbaycanın növbəti addımı nə olacaq?
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Azərbaycanın Avropa Şurasından tam çıxmasının nəzərdən keçirildiyini bildirib.
Bu addımın Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə və gələcək danışıqlara mümkün təsirləri ilə bağlı Publika.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qeyd etdi ki, AŞPA hazırda ikili standartlar əsasında fəaliyyət göstərir.
Onun sözlərinə görə, təşkilatın bu yanaşması dəyişməyəcəyi təqdirdə, Azərbaycanın Avropa Şurasından tamamilə çıxması məsələsinə ciddi şəkildə baxıla bilər.
"AŞPA artıq ikili standartlarla fəaliyyət göstərən, ölkələrə müstəmləkəçilik prizmasından yanaşan quruma çevrilib. Bu baxımdan Azərbaycan Avropa Şurasından çıxsa, bunun ciddi bir itki olacağını düşünmürəm. Bu konfliktin və yaranmış böhranın müəllifi biz deyilik, onlardır. AŞPA Azərbaycan torpaqları işğal altında olduğu dövrdə faktiki olaraq ölkəmizə qarşı sanksiyalar tətbiq etdi. Biz bu sanksiyaları qəbul edə bilmərik. Məhz buna görə də nümayəndə heyəti olaraq Assambleyadakı fəaliyyətimizi dayandırmışıq və hesab edirəm ki, bu, tamamilə düzgün qərardır.
Əgər onlar bu yanaşmalarından imtina etsələr, münasibətlərə normal şəkildə yanaşsalar, biz də əməkdaşlığa hazırıq. Ancaq bugünkü AŞPA tamamilə fərqli istiqamətdə fəaliyyət göstərən, dəyərləri əks etdirməyən təşkilatdır. Belə bir qurumla münasibətlər qurmaq və onun işində iştirak etmək bizim üçün mənasızdır”.

Deputat vurğuladı ki, Azərbaycanın Avropa Şurasında qalması və ya bu qurumu tərk etməsi təşkilatın gələcək fəaliyyətindən və ölkəmizə münasibətindən asılı olacaq:
"Əgər onlar bundan sonra da ikili standartlarla, qərəzli qətnamələrlə fəaliyyətlərini davam etdirəcəklərsə, təbii ki, bu məsələyə ciddi şəkildə baxmaq mümkündür. Azərbaycan son dövrlərdə Avropa İttifaqı ilə münasibətlərini ən yüksək səviyyədə qurub. Onlar Azərbaycanın Avropadakı rolunu, nüfuzunu və təsir imkanlarını obyektiv qiymətləndirsələr, həm Azərbaycanın, həm də Avropa İttifaqının maraqlarını nəzərə alsalar, o zaman münasibətlərin hansısa formada davam etdirilməsi mümkündür”.
Müəllif: Roza Şəfiyeva
-
ABŞ13:04Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
-
Rəsmi xronika12:32Prezidentlər Şuşada güllələnmiş büstlərə baxdılar - FOTO
-
Dünya12:02Əliyevin Şuşada AŞPA bəyanatı: Azərbaycanın növbəti addımı nə olacaq?
-
Sosial11:47Milli Məclisdən tarixi qərar: Bu şəxslərə 20 illik güzəşt olunacaq
-
Rəsmi xronika10:12Şuşada Slovakiya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
MDB10:02Rusiya alov içində: Ukrayna sərhədindən 1400 km məsafədə yerləşən nəhəng zavod vuruldu
-
Maraq dünyası09:24Nostradamusun 2026-nın ikinci yarısı ilə bağlı qorxulu proqnozları: Nə baş verəcək?
-
Sosial08:37Nəzarətsiz çimərliklərə üz tutanlar cərimələnəcək? - Açıqlama


















.jpg)


















