Dünya
Ukrayna Rusiyanın Mi-28 helikopterini vurdu - VİDEO
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") Rusiyanın Belqorod vilayətində Mi-28 döyüş helikopterinin vurulduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında paylaşım edib.
Brovdi bildirib ki, "Gecə ovçusu" kimi tanınan Mi-28 helikopteri Belqorod vilayətinin Vyazovoye yaşayış məntəqəsi yaxınlığında Ukraynanın 427-ci əlahiddə pilotsuz sistemlər briqadası tərəfindən hədəfə alınıb.
O, paylaşımına helikopter üzərində uçan və daha sonra ona doğru hərəkət edən pilotsuz uçuş aparatının əks olunduğu videonu da əlavə edib.
Qeyd edək ki, Mi-28 Rusiyanın zərbə tipli döyüş helikopteridir. "Gecə ovçusu" adı ilə tanınan bu helikopter zirehli texnikanın, istehkamların və canlı qüvvənin məhv edilməsi üçün nəzərdə tutulub.
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi
-
Nida Xəbər 10:34Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
-
Dünya10:18Trampdan Netanyahuya: Sizi orada istəmirlər, çıxın
-
Magazin209:42Baş məşqçinin həyat yoldaşının bu hərəkəti sosial şəbəkələri qarışdırdı - VİDEO
-
Dünya08:36Məşhur aktyor maşını ilə 20 yaşlı qızı vurub qaçdı - 10 ilədək həbs gözləyir



































