Sosial
Birinci yarımildə DSMF bu qədər müavinət və təqaüd ödəniş etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin birinci yarımilində dövlət büdcəsi hesabına 1 milyon 39 min şəxsə 1 milyard 126 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Onlardan:
505 min nəfərə müavinət olaraq 634 milyon manat,
405 min nəfərə Prezident təqaüdü olaraq 407 milyon manat,
129 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 85 milyon manat
ödəniş həyata keçirilib.
Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 15 faiz, təqaüdlər üzrə 17 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 6 faiz çox olub.
Bu ilin 6 ayında daha 75 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 954 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
-
MDB13:27Xalq rəssamı emalatxanada vəfat etdi, meyit 1 ay sonra tapıldı - Foto
-
Magazin213:00Sinəsinə lağ edənlərə cavab verdi: Güzgüdə özünüzə baxın! - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU



































.jpg)
