İdman
Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
Görünür, Kim Kardaşyanla yeddiqat Formula 1 çempionu Lyuis Hemilton arasındakı münasibətlər getdikcə daha da ciddiləşir.
Publika.az xəbər verir ki, realiti-şou ulduzu idmançını ilk dəfə uşaqlarının yanında göstərib və bu, onların romantikasında yeni bir mərhələnin başlaması ilə bağlı şayiələri dərhal artırıb.
Kim “İnstaqram” səhifəsində ənənəvi olaraq Müstəqillik Gününü keçirdiyi Aydaho ştatında ailə tətilindən bir sıra fotolar paylaşıb. O, paylaşımına “Ən sevdiyim insanlarla göl kənarında yay” başlığını yazıb.
Şəkillər arasında Lyuis Hemiltonun Kimin keçmiş həyat yoldaşı Kan Uestdən olan övladları — Nort, Seynt, Çikaqo və Psalm ilə vaxt keçirdiyini əks etdirən bir şelfi də var.
Kim və Lyuis arasında romantik münasibətlər haqqında şayiələr ilk dəfə Superbouldan sonra ortaya çıxıb. O vaxtdan bəri cütlük dəfələrlə birlikdə görüntülənib. Yeni fotolar məşhurların romantik münasibətlərinin sürətlə qızışdığına dair şayiələri daha da artırıb.


.jpg)
-
Hadisə02:30Azərbaycanda dəhşət - 5 nəfər yanaraq öldü
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi

















.jpg)



.jpg)





.png)




