İdman
“Fənərbağça”nın “Marsel”dən aldığı futbolçuya görə “Yunayted” 12 milyon qazandı
İngilis hücumçu Meyson Qrinvud karyerasını Türkiyənin “Fənərbağça” klubunda davam etdirəcək.
Publika.az xəbər verir ki, İstanbul klubu 24 yaşlı futbolçunun Fransa “Marsel”indən transferini rəsmi olaraq təsdiqləyib.
İnsayder Ben Ceykobsun verdiyi məlumata görə, “Mançester Yunayted” rəhbərliyi hücumçunun Fransa klubuna transferini rəsmiləşdirərkən oyunçunun sonrakı satışına 40% qonorar bəndini daxil edib.
Qrinvudun Türkiyə klubuna son transfer haqqı 39 milyon avro olduğundan, “Mançester Yunayted”in müqavilədəki ümumi payı 15,6 milyon avro olaraq qiymətləndirilir. Lakin ingilis klubu bütün məbləği özündə saxlamayacaq, əvvəlki müqavilələrin şərtlərinə görə, “mankunianlılar” hücumçunun 2023/2024 mövsümündə icarə əsasında oynadığı İspaniyanın “Xetafe” klubuna 3,12 milyon avro köçürməyə borcludurlar. Buna görə də, “qırmızı şeytanlar”ın xalis gəliri 12,48 milyon avro olacaq.
Müəllif: Tural
-
Kriminal02:43Qonşular danışdı: Bıçaqlanan Gülarə iki saat qan içində köməksiz qalıb - Video
-
Qoroskop01:20Günün ulduz falı: Ailə daxilində kiçik anlaşılmazlıqlar ola bilər
-
Hadisə18 Noyabr 22:04Dəhşətli qəza: Ata, azyaşlı qızı və bacısı oğlu həlak oldu - Yeniləndi
-
ABŞ18 Noyabr 19:50Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...
-
Nəqliyyat18 Noyabr 19:10Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı
-
Rəsmi xronika18 Noyabr 15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 18 Noyabr 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 18 Noyabr 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar


































