Dünya
İstanbulda rusiyalı cütlük saxlanıldı: Ayasofyada bu kitabı oxuduqlarına görə
Türkiyədəki tətil rusiyalı cütlüyün cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnib - onlar İstanbuldakı Ayasofya məscidində Bibliya oxuduqlarına görə saxlanılıblar.
Publika.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, ruslar əvvəlcə polis bölməsinə, daha sonra isə deportasiya mərkəzinə aparılıblar. Rusiyanın İstanbuldakı Baş Konsulluğu saxlanılan turistlərin taleyi ilə məşğul olduğunu bildirib. Bu arada Rusiya Dövlət Duması rusların "heç bir cinayət törətmədiyini" iddia edib.
Otuz iki yaşlı İqor və 35 yaşlı Viktoriya tətil üçün Moskvadan Türkiyəyə uçublar. Ertəsi gün onlar Ayasofyaya gediblər və İqor özü ilə gətirdiyi Bibliyanı oxumağa başlayıb.
Daha sonra cütlük dərhal mühasirəyə alınıb və məscidin aşağı mərtəbəsinə aparılıblar. Bundan sonra onlar Fatih rayonundakı polis bölməsinə aparılıblar və əşyalarını inventarlaşdırmaq üçün təhvil verməli olublar.
"Bizi otelə geri buraxmırlar. Barmaq izlərimi götürmək istəyirdilər. Dedilər ki, taleyimiz bundan sonra həll olunacaq. Burada rus dilində danışan bir nəfər də yoxdur. Düzünü desəm, nə edəcəyimizi və kimə müraciət edəcəyimizi bilmirik", - İqor deyib.
Müəllif: Tural
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO




































