Dünya
Siyasi qalmaqal: Bu ölkə İtaliya ilə bütün əlaqələri kəsdi
Nikaraqua rəsmi olaraq İtaliya ilə əlaqələrini kəsir.
Publika.az xəbər verir ki, “El19 Digital”ın məlumatına görə, bu barədə Mərkəzi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat verib.
Onlar izah ediblər ki, buna səbəb İtaliya xarici işlər naziri Antonio Tayaninin "əsassız, aqressiv və məsuliyyətsiz açıqlamaları"dır.
Nazirlik qeyd edib ki, İtaliya diplomatiyasının rəhbəri Nikaraqua xalqını və hökumətini təhqir edib.
ANSA əvvəllər xəbər vermişdi ki, Tayani ölkə hökumətini 1978-ci ildə İtaliyanın keçmiş baş naziri Aldo Moronun qətlində iştirak edən “Qırmızı Briqada”nın üzvü Alessio Kasimirriyə sığınacaq verdiyinə görə tənqid edib.
Tayani yenidən onun ekstradisiyası məsələsini qaldıraraq iddia etdi ki, Nikaraqua hakimiyyəti illərdir Romanın tələblərini yerinə yetirmir və İtaliya ədaləti tərəfindən məhkum edilmiş şəxsi qorumağa davam edir.
Müəllif: Tural
-
Region12:00Xalqın mentaliteti dəyişməlidir: Ermənistanda demoqrafik böhranın səbəbi açıqlandı
-
Rəsmi xronika11:20Prezident Braziliya səfirinin etimadnaməsini qəbul etdi
-
MDB10:54Rusların azərbaycanlılarla oxşar olan dərdi: Toy neçəyə başa gəlir?
-
Köşə10:24Şuşadan dünyaya mesajlar: Niyə ona bu qədər güvənirik...
-
Qoroskop09:48İnsanların zəif tərəflərindən istifadə edən 4 bürc
-
Magazin208:36Məşhur müğənni və model həbs edildilər - FOTO
-
Magazin207:4757 yaşını 500 karatlıq brilyantla qeyd etdi - FOTO
-
İdman06:46Həbib MMA-da bu qaydanın dəyişməsini istəyir




































