"Qiyamət günü" radiostansiyası sirli mesaj yayımladı
Bizi izləyin

Dünya

"Qiyamət günü" radiostansiyası sirli mesaj yayımladı

"Qiyamət günü" radiostansiyası sirli mesaj yayımladı

Rusiyanın qısadalğalı UVB-76 radiostansiyası ("Qiyamət günü" radiostansiyası kimi tanınır) növbəti dəfə sirli kodlu mesaj yayımlayıb.

Publika.az xəbər verir ki, iyulun 16-da Moskva vaxtı ilə saat 12:24-də efirə verilən mesajda "fiatoplot" sözü və rəqəmlər kombinasiyası səsləndirilib. Bu barədə radiostansiyanın yayımlarını izləyən "UVB-76 logları" teleqram kanalı məlumat yayıb.

UVB-76 4625 kHz tezliyində fəaliyyət göstərir və sovet dövründən bəri fasiləsiz yayımlanır. Stansiya əsasən monoton səs siqnalı ötürür, lakin vaxtaşırı mənası ictimaiyyətə açıqlanmayan qısa şifrəli səsli mesajlar yayımlayır. Onun dəqiq təyinatı rəsmi şəkildə açıqlanmasa da, bir çox ekspertlər radiostansiyanın Rusiya hərbi rabitə şəbəkəsinin bir hissəsi olduğunu ehtimal edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm