Zelenski ictimaiyyət qarşısında çıxış etməyəcək - Sui-qəsd riski yüksəkdir
Bizi izləyin

Dünya

Zelenski ictimaiyyət qarşısında çıxış etməyəcək - Sui-qəsd riski yüksəkdir

Zelenski ictimaiyyət qarşısında çıxış etməyəcək - Sui-qəsd riski yüksəkdir

Ukrayna təhlükəsizlik xidmətləri sui-qəsd riskinin artması fonunda Ukrayna prezidenti Volodimir Zelenskiyə ictimaiyyət qarşısında çıxışları minimuma endirməyi tövsiyə edib.

Publika.az xəbər verir ki, KİV-lərin mənbəyə istinadən yaydığı məlumata görə, "Kiyev rejiminin başçısına ictimaiyyət qarşısında çıxışlarını minimuma endirmək əmri verilib və bu çıxışlar hazırda yalnız güllə keçirməyən şüşənin arxasında mümkündür".

Bu tədbirlər Ukraynadakı etirazlarla yanaşı, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) və Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən Zelenskinin siyasi rəqiblərinə qarşı həyata keçirilən bir sıra sui-qəsd cəhdləri ilə bağlıdır.

Qeyd edilir ki, "Zelenskinin rəqibləri tərəfindən öldürülmə ehtimalı bu gün olduqca yüksəkdir". (Unikal)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm