Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Bizi izləyin

Dünya

Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu

Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu

Qlobal təhlükəsizliklə bağlı narahatlıqlar sürətlə artır.

Publika.az xəbər verir ki, analitiklər hesab edirlər ki, dünya yeni və daha təhlükəli geosiyasi mərhələyə daxil olur.

"Goldman Sachs" analitiklərinin qiymətləndirməsinə görə, hazırda qlobal münaqişə riski Karib böhranı, Soyuq müharibə dövrü və 11 sentyabr terror aktlarından sonrakı dövrlə müqayisədə daha yüksək səviyyəyə çatıb.

Məlumata görə, dünya getdikcə daha sürətlə qarşıduran bloklara bölünür, dövlətlər isə əvvəlki illərlə müqayisədə neytral mövqedən daha çox imtina edirlər.

Analitiklər bildirirlər ki, söhbət tək bir böhrandan deyil, eyni vaxtda müxtəlif regionlarda mövcud olan və onilliyin sonuna qədər daha da güclənəcəyi gözlənilən bir neçə gərginlik ocağından gedir. (Musavat.com )

Oxumağa davam et
Reklam
Reklam

Gündəm