Dünya
Fransız diplomatların İranda saxlanılmasına Parisdən reaksiya - Nəticəsiz qalmayacaq!
Fransa İrandakı səfirliyinin 2 əməkdaşının bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən qısa müddətə saxlanılmasını və dindirilməsini kəskin pisləyib.
Publika.az xəbər verir ki, rəsmi Paris bu hadisəni diplomatik toxunulmazlığın ciddi pozulması kimi qiymətləndirib.
Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro bildirib ki, səfirliyin 2 əməkdaşı bazar günü axşam heç bir əsas göstərilmədən bir neçə saat saxlanılıb və dindirilib:
“Onlardan biri saxlanılarkən fiziki təzyiqə də məruz qalıb. Daha sonra hər iki diplomat səfirliyə qayıdıb və hazırda təhlükəsiz şəraitdədir. Onların yaxın saatlarda Fransaya qayıtması gözlənilir”.
Nazir qeyd edib ki, insident xüsusilə narahatedicidir, çünki həmin diplomatlar Fransanın İranın vətəndaş cəmiyyətinə, o cümlədən iranlı alim və sənətçilərə dəstək proqramlarına cavabdehdirlər.
Barro hadisəni “son dərəcə ciddi qorxutma cəhdi” adlandıraraq, İran tərəfinə bunun qəbuledilməz olduğunu və nəticəsiz qalmayacağını çatdırdığını bildirib. Bununla belə, Parisin hansı cavab tədbirlərini görəcəyi barədə hələlik məlumat verilməyib.
-
Art9 Avqust 23:24Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - VİDEO
-
Region9 Avqust 23:12İranın Milli Təhlükəsizlik Şurası ona tapşırıldı
-
Magazin19 Avqust 23:00Lalə Məmmədovanın retro tərzi - FOTO
-
Avropa9 Avqust 22:36Çaylar qurudu, "aclıq daşları" üzə çıxdı
-
Nəqliyyat9 Avqust 21:12Bakıda 11 marşrutun dayanacaqlarda hərəkəti dəyişdirilir
-
Magazin29 Avqust 20:36Botoksdan sonra gözləri əyildi
-
Hadisə9 Avqust 19:12Bakıdakı güclü yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Maraq dünyası9 Avqust 17:00Sürücü polisin yazdığı cərimə protokolunu yedi






























