Mamdani Netanyahunu hədələdi: Nyu-Yorka gəlsə, həbs edəcəyik
Bizi izləyin

Dünya

Mamdani Netanyahunu hədələdi: Nyu-Yorka gəlsə, həbs edəcəyik

Mamdani Netanyahunu hədələdi: Nyu-Yorka gəlsə, həbs edəcəyik

Nyu-York meri Zöhran Mamdani İsrailin Baş naziri Benyamin Netanyahunun sentyabrda BMT Baş Assambleyasının iclası üçün şəhərə gələcəyi təqdirdə onun həbsi məsələsində şəhər qanunlarının verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edəcəklərini bildirib.

Publika.az xəbər verir ki, Mamdani bu barədə “New York Times” qəzetinə müsahibəsində danışıb.

“Netanyahunun yerinin Haaqa olduğunu düşünürəm. O, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən ittiham olunmuş müharibə cinayətkarıdır. Nyu-York şəhər qanunlarının bizə verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edəcəyik, lakin bu məqsədlə öz qanunlarımızı yazmayacağıq”, - deyə o bildirib.

Netanyahu isə cavabında BCM-nin ABŞ və İsrail vətəndaşları üzərində yurisdiksiyasının olmadığını iddia edib və məhkəmənin çıxardığı həbs qərarını “uydurma” adlandırıb.

Qeyd edək ki, BCM 21 noyabr 2024-cü ildə Qəzzada törədilən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs qərarı çıxarıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm