Dünya
İzmit bələdiyyəsində əməliyyat: Sədr və həyat yoldaşı saxlanıldı
Türkiyədə İzmit bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində 5 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.
Publika.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı əməliyyatda İzmit bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyet və onun həyat yoldaşı Murat Hürriyet də daxil olmaqla 31 şübhəli barəsində saxlanılma qərarı verilib.
Onlara qarşı “cinayət törətmək məqsədilə təşkilat yaratmaq”, “rüşvət” və “tenderə müdaxilə etmək” ittihamları irəli sürülüb.
İstintaq çərçivəsində İzmit bələdiyyəsində və bələdiyyə sədrinin evində axtarış aparılıb. Araşdırmalarda bəzi tenderlərin bələdiyyə rəsmilərinin qohumlarına verildiyi, şirkətlərdən komissiya alındığı və Murat Hürriyetin tenderlərə, işə qəbul proseslərinə və vəzifə təyinatlarına birbaşa təsir göstərdiyi iddia olunub.
Əməliyyat zamanı 28 şübhəli saxlanılıb. Digər şübhəlilərin yaxalanması istiqamətində əməliyyatlar davam edir.
Müəllif: Roza
-
Səhiyyə05:15KTM-də xəstələri plastik xərəklə daşıyırlar? - Açıqlama/Video
-
Qoroskop01:40Günün ulduz falı: Romantik anlar yaşanacaq
-
Magazin201:20Şakira Messiyə müraciət etdi: Həmişə ürəyimdəsən
-
ABŞ00:45ABŞ-dan İrana növbəti hücum dalğası
-
İdman20 İyul 22:32Bu yaranın sağalması üçün vaxt lazım olacaq - Messidən kədərli paylaşım
-
Cənubi Qafqaz20 İyul 22:18Ermənistanda fermerlər magistral yolu bağladı - Video
-
Hadisə20 İyul 21:39Qazaxda göldə boğularaq ölən ata və qızın fotosu
-
Elm və təhsil20 İyul 20:48DİM sədrindən ixtisaslaşma seçimi ilə bağlı xəbərdarlıq - Bunu etmək olmaz






.jpg)
.jpg)

.jpg)








.jpg)











