Ukrayna Rusiyaya qarşı “ikinci cəbhə”ni açır - Fransa dəstək verir
Bizi izləyin

Dünya

Ukrayna Rusiyaya qarşı “ikinci cəbhə”ni açır - Fransa dəstək verir

Ukrayna Rusiyaya qarşı “ikinci cəbhə”ni açır -  Fransa dəstək verir

Ukrayna və Fransadan olan mütəxəssislər Afrikada əməliyyatlar planlaşdırırlar.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Afrika Dövlətləri Departamentinin direktoru Anatoli Başkin TASS agentliyinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, söhbət təkcə kəşfiyyat məlumatlarının ötürülməsindən deyil, həm də planlaşdırma prosesinin özündən gedir.

Başkin əlavə edib ki, bu mütəxəssislər əməliyyatların planlaşdırılması zamanı döyüş silahlarının istifadəsində fəal iştirak edirlər.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi həmçinin bildirib ki, afrikalı döyüşçülər Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının, məsələn, “Baba Yaga” dronlarının yeni modellərini əldə ediblər.

İyulun 17-də Rusiya xarici işlər nazirinin müavini Georgi Borisenko bildirmişdi ki, ukraynalı muzdlular Afrikada Rusiyaya qarşı "ikinci cəbhə" yaratmağa çalışırlar.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm