Dünya
Şahzadə Diananın sevgilisinin atası ilə bağlı dəhşətli həqiqət: 400-dən çox...
Britaniyada mərhum misirli iş adamı, vaxtilə Londondakı məşhur "Harrods" univermağının sahibi olmuş Məhəmməd Əl-Fayedlə bağlı aparılan araşdırmada yeni qalmaqallı faktlar üzə çıxıb.
Publika.az xəbər verir ki, "The Guardian" nəşrinin məlumatına görə, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Əl-Fayedin ən azı beş qurbanının insan alverinin qurbanı olduğunu rəsmi şəkildə təsdiqləyib.
Zərərçəkənlər bildiriblər ki, Əl-Fayed bu cinayətləri təkbaşına törədə bilməzdi. Onların sözlərinə görə, biznesmenin yaxın çevrəsi və müxtəlif müəssisələrdə çalışan şəxslər qadınların ona yönləndirilməsində rol oynayıblar.
Araşdırmaya əsasən, bəzi qadınlar saxta iş vədləri ilə "Harrods" mağazasına cəlb edilib, digərləri isə qanuni işə qəbul olunduqdan sonra seçilərək cinsi zorakılığa məruz qalıblar. Hadisələrin 1990-cı illərdən başlayaraq, mağaza 2010-cu ildə satıldıqdan sonrakı dövrə qədər davam etdiyi bildirilir.
London polisinin "Operation Cornflower" ("Qarğıdalıçiçəyi") adlanan istintaqı çərçivəsində Əl-Fayedə yardım etmiş ola biləcək şəxslər araşdırılır. İstintaq başlayandan bəri dörd nəfər dindirilib.
Qurbanlardan biri müasir köləlik və insan alverinin qurbanı kimi tanınmasının onun üçün sarsıdıcı olduğunu, lakin bunun ədalət baxımından böyük əhəmiyyət daşıdığını deyib.
Digər zərərçəkən isə bildirib ki, Əl-Fayedin nəzarət etdiyi "Harrods", "Ritz Paris" oteli, yaxtaları, aviasiya şirkəti, Fransa, Monako, ABŞ və BƏƏ-dəki digər biznes strukturları qadınların istismarında istifadə olunurdu.
Məlumata görə, 1977-2014-cü illərdə Əl-Fayed barəsində cinsi təcavüz, seksual zorakılıq, insan alveri, qanunsuz azadlıqdan məhrumetmə, narkotik vasitələrdən istifadə etdirmə, fiziki zorakılıq və məcburi abort da daxil olmaqla 400-dən çox ittiham irəli sürülüb.
O, 2023-cü ildə 94 yaşında vəfat edib və həyatı boyu bu ittihamlarla bağlı rəsmi şəkildə mühakimə olunmayıb.
"Harrods" isə yaydığı açıqlamada zərərçəkənlərin ədalət axtarışını dəstəklədiyini və London polisi ilə əməkdaşlığı davam etdirdiyini bəyan edib.
Qeyd edək ki, Məhəmməd Əl-Fayedin oğlu Dodi Əl-Fayed şahzadə Diananın sevgilisi olub. Hər ikisi 1997-ci ildə Parisdə baş verən avtomobil qəzasında həyatını itirib.
Müəllif: Adəm
-
Magazin115:04Əməkdar artist Avropa tətilindən paylaşım etdi - VİDEO
-
Rəsmi xronika14:30Nazirliyin yeni vəzifələri müəyyənləşdi - Fərman
-
Nida Xəbər 13:52Namidə İsayeva yeni vəzifəyə təyin olundu
-
Rəsmi xronika13:26Prezident sürücüsüz nəqliyyatla bağlı qaydaları təsdiqlədi
-
Yaxın Şərq12:42Qüdsdəki erməni patriarxlığı təhqir edildi - VİDEO
-
Rəsmi xronika12:04Prezident açılışda - Fotolar
-
Avropa11:54Merkel zarafatın qurbanı oldu: Gizli etiraf - Minsk sazişləri Rusiya üçün tələ idi
-
MDB10:48Rusiya Olimpiya Komitəsi Ukraynanın ərazi bütövlüyünü tanıdı: Millətçi ruslar ayağa qalxdı



















.jpg)





.jpg)



.jpg)






