Nida Xəbər
Türkiyədən Azərbaycanla bağlı mühüm addım
HAVELSAN-ın Hərbi Hava Qüvvələri Məlumat Sistemi (HvBS) çərçivəsində hazırlanmış bəzi mühüm imkanlar Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib.
Publika.az Musavat.com-a istinadən bildirir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə təhvil verilmiş sistem əməliyyat mərkəzlərində xidmət edən şəxsi heyətin vahid əməliyyat mənzərəsi əsasında fəaliyyət göstərməsinə, tapşırıq və əməliyyat məlumatlarının real vaxt rejimində idarə olunmasına, kritik əməliyyat məlumatlarının mərkəzləşdirilmiş qaydada izlənilməsinə, eləcə də qərar qəbuletmə prosesinin sürətləndirilməsinə şərait yaradır. Bunun sayəsində planlaşdırma, koordinasiya və əməliyyatların icrası daha sürətli, dəqiq və səmərəli həyata keçirilir.
Bütün bu komponentləri vahid platformada birləşdirən HvBS dünyanın ən əhatəli hərbi hava qüvvələri məlumat sistemlərindən biri kimi seçilir. Sistem əməliyyat hazırlığı proseslərini dəqiqələr səviyyəsinə endirərək hava əməliyyatlarında mühüm manevr imkanları yaradır.
HvBS-in modulları müxtəlif komanda səviyyələri arasında təhlükəsiz məlumat mübadiləsini təmin edir, hava əməliyyatlarına dair kritik informasiyanın eyni vaxtda görüntülənməsinə və əməliyyatların dəyişən şəraitə uyğun operativ şəkildə idarə olunmasına imkan verir. Açıq və modul əsaslı arxitekturası sayəsində mövcud komanda-idarəetmə infrastrukturuna asanlıqla inteqrasiya olunan sistem istifadəçi tələblərinə uyğun genişləndirilə bilən çevik quruluşu ilə də diqqət çəkir.
Həyata keçirilən bu təhvil prosesi Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın proqram təminatı və komanda-idarəetmə texnologiyaları istiqamətində çatdığı yüksək səviyyənin mühüm göstəricisi kimi dəyərləndirilir.
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi







































.jpg)
