Dünya
İtaliya təklif etdi: Avropa Ermənistanda miqrantları saxlamaq üçün mərkəz yaradır
İtaliya 4 avqustda keçiriləcək Aİ Şurasının iclasında Ermənistan da daxil olmaqla bir neçə ölkədə Aİ ölkələrindən olan qanunsuz miqrantlar üçün saxlama mərkəzlərinin yaradılması təklifini irəli sürəcək.
Publika.az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.
Bundan əvvəl 22 Aİ ölkəsi blok rəhbərliyinə məktub ünvanlayaraq Aİ-nin xarici sərhədlərinin möhkəmləndirilməsinə və qanunsuz miqrasiyaya qarşı mübarizənin gücləndirilməsinə çağırmışdı.
Nəşr yazır: "Daxili işlər naziri Matteo Piantedosi tərəfindən təmsil olunan İtaliya, çərşənbə axşamı çağırılan Avropa Şurasının iclasında qanunsuz miqrantların repatriasiyası üçün Albaniya modelinə əsaslanan, lakin Avropa fondları tərəfindən maliyyələşdirilən yeni mərkəzlərin yaradılması təklifini təqdim edəcək və onların demək olar ki, hamısı Afrikada yerləşəcək".
Nəşr qeyd edir ki, bu cür mərkəzlərin potensial olaraq açıla biləcəyi ölkələrin ilkin siyahısına Ruanda, Qana, Seneqal, Tunis, Liviya, Mavritaniya, Misir, Uqanda, eləcə də Özbəkistan, Ermənistan, Monteneqro və Efiopiya daxildir.
Müəllif: Tural
-
Rəsmi xronika14:30Nazirliyin yeni vəzifələri müəyyənləşdi - Fərman
-
Nida Xəbər 13:52Namidə İsayeva yeni vəzifəyə təyin olundu
-
Rəsmi xronika13:26Prezident sürücüsüz nəqliyyatla bağlı qaydaları təsdiqlədi
-
Yaxın Şərq12:42Qüdsdəki erməni patriarxlığı təhqir edildi - VİDEO
-
Rəsmi xronika12:04Prezident açılışda - Fotolar
-
Avropa11:54Merkel zarafatın qurbanı oldu: Gizli etiraf - Minsk sazişləri Rusiya üçün tələ idi
-
MDB10:48Rusiya Olimpiya Komitəsi Ukraynanın ərazi bütövlüyünü tanıdı: Millətçi ruslar ayağa qalxdı
-
Qoroskop09:54Avqustda pul cəlb edəcək bürclər


















.jpg)





.jpg)



.jpg)






